İraqın informasiya naziri Məhəmməd Said Əl-Sahaf deyib ki, Birləşmiş Ştatlar və Britaniya rəsmilərinin İraq əsgərlərinin özlərini mülki şəxs kimi göstərmələri barədə yaydıqları xəbərlər ucuz bir təbliğatdır. “Bunlar xarici görünüşlərini dəyişmiş İraq əsgərləri deyil, bunlar özlərini işğalçılardan müdafiə edən mülki vətəndaşlardır.İşğalçılar tədricən yox ediləcəklər.” Bu gün Bağdadda kecirilən mətbuat konfransinda İraqın informasiya naziri deyib ki, keçən gecə Birləşmiş Ştatların etdiyi bombardman nəticəsində yüzdən artıq adam həlak olmuşdur. Birləşmiş Ştatların rəsmiləri isə deyirlər ki, Amerika qoşunlarının hücumda mə’culiyyət daşıyıb-daşımamaları haqda təhqiqat aparırlar. İranın rəsmiləri bu gün İraqın müxalif şiə müsəlmanlarının müttəfiqi olan yüzlərlə döyüşçünün İraq sərhədlərini keçməsinə yol verildiyini inkar ediblər. Hökumət nümayəndəsi Abdulla Ramazanzadə bildirdi ki, İranin bu müharibəyə münasibəti neytraldır. İran Birləşmiş Ştatların müdafiə naziri Donald Ramsfeldin yüzlərlə üsyançı iraqlının sərhədləri keçdiyinə dair dünənki çıxışına cavab verir. Bu gün Suriyanın xarici işlər naziri bütün bu ithhamların əsassız olduğunu bildirib. Misrin xarici işlər naziri isə İraqın işğalı və mülki əhalinin tələfatına görə narahatlığını dilə gətirib.