Accessibility links

Bağdadda insan tələfatı var - 2003-03-26


Reuter agentliyi xəbər verir ki, koalisiya qüvvələrinin Bağdadda dükanların və yaşayış binalarının yerləşdiyi küçəyə zərbə endirmələrinin nəticəsində 15 nəfər həlak olub. İraq rəsmiləri, 30 nəfərin yaralandığını bildirir. Yerli sakinlər də 45 nəfərin öldüyünü xəbər verir. Britaniya Hərbi hava qüvvələrin nümayəndəsi bu xəbərə öz münasibətini açıqlayarkən, mülki əhali arasında təlafatdan təəssüfləndiyini bildirib. Onun dediyinə görə, Britaniya və Amerika, mülki əhalı arasında tələfatın minimal olduğuna böyük diqqət yetirir. Hücumlar gücləndikcə, Bağdadda yeddi iri patlayış müşahidə olunub. Əl- Cəzirə televiziyası, Bəsrədə vəziyyətin sakit olduğunu bildirir. Britaniya baş naziri Bleyer, orada məhdud dərəcədə üsyanın baş verdiyini demişdir. Lakin İranda yerləşən əsas Şi’ə müxalif qrupu, şəhərdə qiyamın deyil, qarışıqlığın müşahidə olunduğunu bildirib. Bu arada Reyter, ABŞ hərbi mənbələrinə istinadən xəbər verir ki, bu günədək 4 min İraqlı əsgər əsir götürülüb. İraq İnformasiya Naziri Məhəmməd Əs-Səhaf, Um-Qəsr liman şəhərinin koalisiya qüvvələri tərəfindən ələ keçirildiyi mə’lumatı təkzib edib. BBC xəbər verir ki, ABŞ hərbi nümayəndəsi general Vincent Brooks, İraqa qarşı koalisiyanın get-gedə böyüdüyünü bildirib. Onun sözlərinə görə, artıq koalisiya sıralarında 47 ölkə var. BMT bildirir ki, hərbi əməliyyat sona çatdıqda, İraq əhalisini ərzaqla tə’min etmək üçün tarixdə ən böyük humanitar yardım əməliyyatının keçirilməsi gərək olacaq. Bu arada BBC ilk humanitar yarım yüklərinin İraqın cənubundakı Səfvan şəhərinə gətirildiyini xəbər verir. Koalisiya qüvvələri Bağdadı əhatə etməkdə davam edir, bu arada, beynəlxalq müşahidəçilər, şəhər sakinlərinin şok və qorxu altında yox, təəccüblənmiş və qarışmış vəziyyətdə olduqlarını bildirir. Reuter agentliyinin müxbiri xəbər verir ki, adi vətəndaşlar, şəhərə edilən hücumların şiddətli olduğu fonunda, Vaşinqtonun İraqı azad etmək retorikasını başa düşməkdə çətinlik çəkirlər. ABŞ hərbi rəsmisi, edilən hücumlar nəticəsində İraqın əsas televiziya stansiyasının sıradan çıxarıldığını bildirib. Buna öz fikrini bildirərək, dünayanın ən böyük jurnalistlər təşkilatının başçısı Aidan VVhite bildirib ki, İraq televiziyası binasına edilmiş hücum, senzura tətbiq etmək cəhdi idi və o, Cenevre Konvensiyasına zidd ola bilər. O, bu əməlin Cenevrə Konvensiyası şərtlərini pozub-pozmadığı barədə istintaqın aparılmasını tələb edib. O bildirir ki, onun təşkilatı, Beynəlxalq Jurnalistlər Federasiyası, bu hücumun, ABŞ siyasətçiləri və hərbi strateqlərinin xoşuna gəlmədiyi mediyaya qarşı senzura tətbiq edilməsi məqsədini güdürdü. İnsan hüquqları mühafizəsi təşkilatı Amnesty İnternational, İraq televiziyasına edilən hücumu qınayaraq deyib ki o, hərbi cinayət təşkil edə bilər. Təşkilatın baş direktoru Claudio Cordone, mülki obyektə qarşı hərbi hücumun, hərbi cinayət olduğunu deyib. Reuter xəbər verir ki, İraq televiziyası kanalı bu gün səhər yerli vaxtla saat 9-da öz verilişlərini davam etdirib. Nyu York Times qəzetinə əsasən, bir-neçə gün bundan əvvəl ABŞ-ın 101 hərbi desant diviziyasının qərargah çadırına atılmış qumbaraların patlaması nəticəsində yaralanmış bir daha əsgər, vəfat edib. Bu hücum nəticəsində digər 14 əsgərin yaralandığı bildirilir. Nyu York Times qəzeti, Türkiyənin İraqa qoşun yeritməkdən əl çəkdiyini bildirir. Türkiyə ordusunun baş komandanı Hilmi Özkök deyib ki, qaçqınlar fəlakətinə yol verməmək, və rəqib Kürd qrupları arasında müharibəya yol açmamaq məqsədi ilə, Türkiyə Şimali İraqa müdaxilə etməyəcək. Nyu York Times, həmin generalın “Bu bizim müharibəmiz deyil sözlərini” sitat gətirir. BBC xəbərlər xidmətinə əsasən, general Özkök, Ankaranın İraqa əlavə qoşunların göndərilməsi haqqını özündə saxladığını bildirib. O deyib ki, ölkənin təhlükəsizliyi hədələndiyi təqdirdə, Türkiyə öz qüvvələrini yalnız Amerika ilə məsləhətləşmələrdən sonra yeridə bilər. General öz sözlərinə əlavə edərək deyib: “Mən, bə’zilərin okeanın o birisi sahilində yaşayaraq, onların hədə altında olduqlarını irəli sürmələrini başa düşməkdə çətinlik çəkirəm. Amma biz deyəndə ki, Türkiyə öz sərhədinin o birisi tərəfindən gələn təhlükə altındadır, buna inanan yoxdur.” Son olaraq, Avstraliyanın Sydney şəhərində məktəb şagirdlərinin keçirdikləri nümayişdə 2 min adamın iştirak etdikləri xəbər verilir. Nümayiş ərzində 18 məktəb şagirdi həbs edilib.

XS
SM
MD
LG