Accessibility links

Prezident Buş:"Səddam Hüseyn hələ də tərksilah olmayıb" - 2003-03-07


Prezident Buş dünən axşam Ağ Evdə İraq probleminə dair mətbuat konfransı keçirmişdir. Prezident Buş qeyd etmişdir ki , İraqın kütləvi qırğın silahları probleminin həllinə bir neçə gün qalıb. Fransa, Rusiya və Çin BMT-nin silah müfəttişlərinin tətişi davam etdirilməsini istəyirlər. Ptezident Buş isə BMT-nin Təhlükəsizlik Şurasından əvvəlki xəbərdarlığından istifadə etməsini istəyir. Xəbərdarlıqda qeyd edilib ki , İraq tərksilah olmadığı təqqirdə, ciddi nəticə ilə üzləşə bilər.

BMT-nin silah müfəttişlərinin Təhlükəsizlik Şurasına təqdim edəcəyi hesabata toxunarkən Prezident Buş diplomatik səy"lərin nəticə vermədiyini bildirmişdir. ABŞ prezidenti Təhlükəsizlik Şurasının qərarından asılı olmayaraq. İraqa qarşı hərbi qüvvədən istifadə etməyə hazır olduğunu bildirib. "Əgər fəaliyyətə keçmək lazım olsa, biz bunu edəcəyik və bunu etmək üçün BMT-nin razılığına ehtiyac yoxdur."

Prezident Buş hələlik müharibəyə başlayıb-başlamamaq haqda bir qərara gəlmədiyini demişdir. Lakin o qeyd etmişdir ki, əgər müharibə başlasa, Amerika ordusu Səddam Hüseyni hakimiyyətdən devirəcək, ölkədə bütün iraqlıların nümayəndələrini təmsil edən ədalətli bir hökumət təşkil edəcək. Prezident Buş İraqın kimyəvi və bioloji silah ehtiyatlarından əl çəkdiyi təqdirdə, Səddam Hüseynin sürgünə göndərilməsi təklifi ilə razılaşaçağını bildirib. Prezident Buş İraqa tərksilah olmaq üçün daha çox vaxt vermək lazə olduğunu deyənlərlə razı olmadığını bildridərək demişdir ki, Səddam Hüseyn həqiqətən tərksilah məsələsini ciddi qəbul edirsə, indiyə qədər bunu artıq edərdi. "Təftiş üçün artıq vaxta, həmçinin daha çox müfəttişə ehtiyac yoxdur. Onlara lazım olan İraq rejiminin tam əməkdaşlığıdır, buna da onlar heç bir vaxt nail nail olmayıblar. Simvolik addımlar kifayət deyil."

Prezident Buş deyib ki, İraq tamamilə tərksilah olmalıdır. Bu olmasa, deməli, Birləşmiş Ştatlar və onun müttəfiqləri təhlükə qarşısındadırlar. Çünki İraq terrorçuların kütləvi qırğın silahlarından istifadə etməsinə yardım göstərə bilər.

XS
SM
MD
LG