İraq böhranının müzakirəsi üçün Islam Konferansı təşkilatının Qatarın paytaxtı Dahada təcili yığıncağı keçirilir. İslam Konfransı Təşkilatının 57 üzvü İraqa qarşı hər bir hücumun əleyhinə olduğunu bildirib. Təşkilat müsəlman dövlətləri İraq daxil olmaqla, hər bir müsəlman dövlətinin təhlükəsizliyi və ərazi bötüvlüyünə zərər vura bilən hərbi əməliyyatlarda iştirak etməməyə çağırıb. Təşkilat, həmçinin, İraqın daxili işlərinə müdaxilə edilməsinə qarşı olduğunu bildirib. Yığıncağın açılışında İraq nümayəndə heyətinin sədri, İraq inqilabi komanda şurasının ikinci rəsmi şəxsi İzzət İbrahim Əl-Duri Küveytin nümayəndəsini təhqir edərək, onu meymun və xain adlandırıb. Qatarın televiziyası ilə canlı yayımlanan hadisənin translasiyası dərhal dayandırılmışdı. Küveyt nümayəndə heyətinin başçısı, Məlumat Naziri Şeyx Əhməd Ə-Əhməd yığıncağın sədrindən İraqın nümayəndəsinə cavab vermək üçün, ona söz verilməsini xahiş etmişdir. Lakin İslam Konferansı təşkilatının təcili yığıncağına ev sahibliyi edən Qatarın Əmiri Şeyx Həməd Əl-Xəlifə Əl-Tani yığıncaqdakı həyacanı sakitləşdirmiş və sözü ikinci məruzəçiyə vermişdi. Əmir demişdir ki, İraq böhranını həlli üçün bütün dinc vasitələrdən istifadə edilməlidir. Əks təqdirdə İraqın tərki- silah edilməsi hədsiz əzablara səbəb ola bilər.