İraq BMT-nin nəzarəti altında Əl-Səmid raketlərinin daha 9-u məhv etməklə, onların sayını 28-ə çatdırmışdır. Beləliklə də bu, mart ayının 1-dən e’tibarən bir gün ərzində məhv edilən raketlərin ən böyük göstəricidir. BMT-nin baş katibi Kofi Annan və Çin İraqın silahları məhv etməsini alqışlamış, lakin Birləşmiş Ştatların müdafiə naziri Donald Ramsfild buna önəm vermədiyini bildirmişdir. BMT-nin silah müfəttişləri isə Bağdad yaxınlığındakı kimyəvi obyektlərdə yoxlanışlarını davam etdirilər. Xatırladaq ki, baş silah müfəttişi Həns Bliks cümə günü yoxlanışlar haqda BMT-nin Təhlükəszlik Şurasına hesabat verməlidir.