Accessibility links

Iraq Əl-Samoud  raketlərini  əldən vermək istəmir - 2003-02-25


İraq lideri Səddam Hüseyn Birləşmiş Millətlər Təşkilatının İraqın raket ehtiyyatlarının bir hissəsinin məhv edilməsi tələbinə müqavimət göstərir. CBS Telekanalının xəbərinə görə Səddam Hüseyn bu gün verdiyi müsahibədə deyib ki, İraq BMT-nin müəyyən etdiyi mənzili aşan raketlərə malik dəyil. Xəbərdə qeyd edilir ki, Səddam Hüseyn münaqişəyə səbəb olan Əl-Samoud raketlərinin məhv edilməsi tələbini qəbul etməyəcək. BMT- silah müfəttişləri həmin raketlərin mənzilinin BMT-nin icazə verdiyindən daha uzun olduğunu bildiriblər. Səddam Hüseynin baş məsləhətçisi isə İraqın raketlər barədə hələlik bir qərar qəbul etmədiyini söyləyib. BMT-nin Baş silah müfəttişi Hans Blix isə bildirib ki, o Səddam Hüseynin müsahibəsini İraqın rəsmi cavabı kimi qəbul etmir.

Bünunla bağli məqaləni dinliyə bülərsiniz

XS
SM
MD
LG