Accessibility links

McDonalds şirkəti insanların sağlamlığına zərər vurmaqda günahladırılır - 2003-02-21


"Fast food", yə’ni tez və asan yeməklər hazırlayan McDonalds şirkətinə qarşı bu yaxınlarda məhkəmə iddiası qaldırıldı. İddiaçıların dediyinə görə, McDonaldsdan aldıqları hazır yeməklər onların çəkisinin artmasına və xəstələnməsinə səəb olmuşdur. Bu yaxınlarda McDonaldsla yanaşı, tez və asan yeməklər hazırlayıb satan daha dörd şirkətə qarşı da Nyu Yorkda məhkəmə işi qaldırıldı. Şirkətlərin məhkəməyə verilməsinin səbəbi eynidir. Bu şirkətlər satdıqları məhsulların vura biləcəyi zərər haqda adamları xəbərdar etməməkdə günahlandırırlar. Bu gün Amerikada 170 minə yaxın fast food yeməkxanası var. Burada satılan yeməklərin tərkibində yağın və şəkərin miqdarı çoxdur, kalori olduqca yüksək səviyyədədir. Həmin yeməkxanalarda menyunun əsas hissəsini qızardılmış kartof və döyülmüş mal ətindən hazırlanmış hamburqerlər təşkil edir. Bə’zi adamlar belə yeməyin onların sağlamlığını tamamilə pozduğunu söyləyirlər. Məsələn, iddiaçılardan biri infarkt keçirmiş və şəkər xəstəliyinə tutulmuşdur. Bə’zi valiydenlər uşaqlarının kökəldiyini və şəkər xəstəliyinə tutulduqlarını deyirlər. Yeniyetmələrdən birinin çəkisi 180 kiloqrama çatır. Ümumiyyətlə, ekspertlər söyləyirlər ki, Amerikalılar dünyada çəkisi ən çox olan xalqdır. İki il bundan əvvəl səhiyyə nazirliyinin eksperti həkim Deyvid Satçer tərkibində yağın artıq olduğu ərzaq mallarını yeyən amerikalıların sayının son illər artdığını bildirmişdi. Deyvid Satçer demişdi ki, amerikalıların 60 faizinin çəkisi normadan artıqdır, amerikalı uşaqların 13 faizi isə olduqca kökdür. Doktor Satçer xəbərdarlıq etmişdi ki, tez və asan yeməklər hazırlayan şirkətlər, məktəblər və hökumət agentlikləri məsələyə ciddi yanaşmalıdırlar. Həkimin dediyinə görə, gələcək illərdə artıq çəki Amerikada qarşısı alına bilən ölüm hallarının əsas səbəbkarı olacaq. Nəşr olunmuş son hesabatlarda göstərilir ki, Amerikalılar ərzaqa xərclədikləri pulun yarıdan çox hissəsini evdən kənarda yeməyə verirlər. Restoranlar və yeməkxanalarda yemək payları artırılmış və bu yeməklərin tərkibində yağın və başqa maddələrin nə qədər olduğunu müəyyən etmək çətindir. Mağazalarda, adətən, ərzaq mallarının üzərində bu informasiya olur. Ərzaq industriyası hazırladıqları malların reklamına böyük miqdarda vəsait xərcləyir. Təkcə 1999-cu ildə McDonalds reklama bir milyarda qədər pul xərcləmişdi. Məqsəd adamları onların hazırladıqları məhsulları almağa sövq etməkdir. Ekspertlər isə bütün bunlara tənqidi yanaşırlar. Onlar hesab edir ki, tez yermək hazırlayan şirkətlər adamların sağlamlığına əhəmiyyət vermirlər.

XS
SM
MD
LG