Accessibility links

Şimali Koreyanın nüvə proqramları məsələsi BMT-nin Təhlükəsizlik Şurasına çıxarılır - 2003-02-12


Beynəlxalq Atom enerji agentliyi Şimali Koreyanın nüvə məsələsinin BMT-nin Təhlükəsizlik Şurasına çıxarılmasına səs verib. Agentliyin idarə hey’ətinin Vyanda təsdiq etdiyi qətnamədə Pxenyanın nüvə təhlükəsizliyilə bağlı qaydalara riayət etmədiyi bəyan edilir. Rusiya və Kuba səsvermədə iştirak etməyiblər. Onlar bildirirblər ki, məsələnin Təhlükəsizlik Şurasına çıxarılmasına ehtiyac yoxudr və bu, yalnız Şimali Koreyanın daha da qəzəblənməsinə gətirib çıxara bilər. Lakin agentliyin başçısı Məhəmməd Baradeyi idarə hey’ətinin üzvlərinə bildirib ki, Şimali Koreyanın qaydalara riayət etməsinə nail olmaq üçün başqa alternativ yoxdur.

XS
SM
MD
LG