Accessibility links

Kürd yaraqlıları Türkiyəni hədələyiblər - 2003-02-12


Kürd yaraqlıları Türkiyəni İraqla müharibədən istifadə edib onların hökumətini devirməyə çalışmaqda ittiham edərək ölkəyə qarşı hərbi əməliyyatlar keçiriləcəyilə hədələyiblər. Əvvəllər Kürdüstan Fəhlə partiyası adı ilə tanınan KADEK qrupunun bu gün açıqladığı bəyanatda deyilir ki, Türkiyə İraqın şimalını işğal etmək və kürdlərin müstəqilliyini məhv etmək planları güdür. Qrup 1999-cu ildə Türkiyəyə qarşı 15 illik müharibəyə son qoymuş və öz hərbi qüvvələrini İraqın şimalındakı bazalara çəkmişdir. Türkiyə Birləşmiş Ştatlar İraqla müharibəyə başlasa, öz hərbi qüvvələrini İraqın şimalına göndərə biləcəyini bildirib. Türkiyə hökuməti birinci Körfəz müharibəsi zamanı olduğu kimi, yüz minlərlə qaçqının Türkiyə-İraq sərhəddində yığılaraq humanitar böhran yaratmasına bu dəfə imkan verilməməsini istəyir.

XS
SM
MD
LG