Buş administrasiyası Avropa mütəffiqlərinin müharibəyə qarşı çıxmasına baxmayaraq, BMT-nin İraqa qarşı hərbi qüvvə işlədilməsilə bağlı yeni qətnamə qəbul edəcəyinə ümid etdiyini bildirib. Bu gün müxbirlərlə danışan Ağ Evin mətbuat katbi Ari Fleyşer Fransa və Almaniyanın müqavimət göstərməsi fikrinə əhəmiyyət verməyərək bildirib ki, yeni qətnamənin təsdiq ediləcəyinə hələ də ümid edir. Cənab Fleyşer Fransa, Almaniya və Belçikanın İraqla müharibə başldıqda Türkiyəyə hərbi yardım əleyhinə çıxmalarını “müvəqqəti geriyə çəkilmə” adlandıraraq deyib ki, Türkiyə dost ölkədir və yardıma layiqdir.