Accessibility links

İngilis dili dünyanın ən çox öyrənilən dilidir - 2003-02-08


Dünyada milyonlarla adam ingilis dilində sərbəst danışmaq istəyir. İngilis dili dünyada ən çox öyrənilən dildir. Bu, bir neçə səbəblə izah olunur. Bə’zi adamlar Birləşmiş Ştatlarda yaşamaq, digərləri işləmək, ya da səyahət etmək məqsədilə ingilis dilini öyrənmək istəyirlər. Bu gün bir çox sahələrdə, xüsusil də biznes, kompyuter sahələrində ingilis dili olmadan keçinmək mümkün deyil. İngilis dilinin tədrisinə kömək məqsədilə Birləşmiş Ştatlarda müxtəlif proqramlar hazırlanmışdır. Dövlət Departamentinin İngilis dili proqramları ofisi başqa ölkələrdə ingilis dilinin Amerika variantının tədrisi üçün müəllimlər hazırlamaqla məğuldur. İngilis dilini yaxşı öyrənmək üçün hansı vasitələrdən istifadə etmək olar? Televiziya proqrmlarına baxmaq və radio verilişlərini dinləmək ingilis dilini öyrənməyin ən yaxşı yollarında hesab edilir. Qəzet və jurnal oxumaq, ingilis dlində mütaliə etmək dilə yiyələnmək üçün yaxşı vasitədir. Tələffüz qaydalarına yiyələnmək üçün ingilis dilində danışan adamların etdiyi düzəlişlərə diqqət vermək lazımdır. Hal-hazırda ingilis dilini öyrənmək üçün kompyuter vasitəsilə müxtəlif proqramlar tapmaq olar. Bunların bə’zisi pulsuz, “Global English” kimi bə’zi proqramlar isə pulludur. İki milyona yaxın adam ingilis dilini “Global English” proqramı vasitəsilə öyrənir. www.globalenglish.com səhifəsində bu proqram haqda ətraflı mə’lumat ala bilərsiniz. Beynəlxalq TESOL təşkilatı ingilis dilini öyrənənlərə kömək edir. 14 min üzvü olan təşkilatın Cənubi Amerika, Yaponiya, Misir və bir sıra başqa ölkələrdə filialları var. Ekspertlərin dediyi kimi, yaşı 12-dən az olan uşaqlar dili böyüklərdən daha yaxşı öyrənə bilirlər. Müəllimlər və tələbələrin çoxu ingilis dilinin çətin olduğunu deyirlər. İngilis dilinin lüğət tərkibi çox genişdir. Böyük lüğətlərdə sözlərin sayı 600 minə çatır. Bir çoxları Amerikaya gələndə artıq ingilis dilində sərbəst danışa bilirlər. Bununla belə, çoxları Amerikalıların danışdıqlarını başa düşə bilmirlər. Sinif otaqlarında tədris olunan ingilis dili danışıq dilindən fərglidir. Tədqiqatlar göstərir ki, ingilis dilini mükəmməl bilmək Birləşmiş Ştatlarda bir neçə il yaşayandan sonra mümkün olur. Bəs Amerikada yaşamayanlar nə etməlidirlər? Amerikanın Səsinin xüsusi ingilis dili proqramları burada sizə kömək edə bilər. Kompyuterdə www.voaspecialenglish.com səhifəsində istənilən mə’lumatı almaq olar. Kompyuteriniz yoxdursa, bizə məktub yaza bilərsiniz. Ünvanımız budur: Voice of America, Azerbaijani Service, P.O.Box 281, Vaşinqton DC 20237, USA

XS
SM
MD
LG