Kolumbiya kosmik gəmisinin qanadının bir hissəsi şatlın bir həftə bundan əvvəl Yerə qayıdarkən qəzaya uğramasının səbəblərinin aydınlarşdırılması işinə işıq sala bilər. Bunu bu gün Birləşmiş Ştatların aeronaftika agetnliyi NASA-nın rəsmi nümayənədləri bildiriblər. Rəsmi nümayəndələrin dediyinə görə, onlar tapılmış bu kiçik hissənin gəminin hansı qanadına aid olduğunun müəyyən ediləcəyinə ümid edilər. NASA-nın apardığı təhqiqat əsas diqqəti şatl enməyə hazırlaşmağa başlayarkən temperaturun yüksəldiyi sol qanada yönəldib. Agentliyin rəsmi nümayəndələri təhqiqatın uzun çəkəcəyini və proses zamanı hər hansı bir nəticənin çıxarılmasına çox ehtiyatla yanaşıldığını bəyan ediblər.