Birləşmiş Ştatların müdafiə naziri Donald Ramsfild Avropa mütəffiqlərini İraqla mümkün müharibəyə hərbi hazırlıqları gecikdirdiklərinə görə tənqid edib. Bu gün Almaniyada, Münxendə təhlükəsizlik məsələləri üzrə beynəlxalq konfransda çıxış edən cənab Ramsfild deyib ki, hərbi hazırlıqların gecikdirilməsi qeyri-müəyyənliyə bir işarədir. Fransanın müdafiə naziri Mari Allio-Mari bildirib ki, Fransa İraqı tərksilah etmək üçün hərbi qüvvədən istifadə edilməsini istisna etmir, lakin müharibəni ən son variant kimi nəzərdən keçirir. Almaniyanın xarici işlər naziri Yoşka Fişer isə deyib ki, o, İraqa qarşı hal-hazırda hərbi qüvvə işlətmək zərurətini görmür.