Accessibility links

Buş azad dünyanın Səddam Hüseyni İraqı tərk etməyə əmin edəcəyinə inanır - 2003-01-30


Prezident Buş İraq probleminin sülh yolu ilə həlli istiqamətində diplomatik fəallığı gücləndirib. Bunu Ağ Evin nümayəndəsi Ari Fleyşer bildirib. Bununla belə, Ağ Evin nümayəndəsi qeyd edib ki, İraq böhranının diplomatik yollarla həll edilməsi üçün son sə’ylər bir neçə ay deyil, bir neçə həftə davam etdiriləcək. Bu gün İtaliyanın baş naziri Silvio Berluskoni ilə görüşündən əvvəl prezident Buş Səddam Hüseynin İraqda hakimiyyəti tərk edib sürgünə getməyini alqışlayacağını demişdir. Günün sonu prezident Buş Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Səud əl-Feysəllə görüşməlidir. Cümə günü Kemp Deyviddə prezident iqamətgahında Corc Buş və Britaniyanın baş naziri Toni Bleyer arasında görüş keçiriləcək.

XS
SM
MD
LG