Accessibility links

Preziden Buşun İllik Hesabat Məruzəsi - 2003-01-29


Prezident Buş ABŞ Kongresinin dünən axşamkı birgə sesiyasında ettiyi ənənəvi, illik hesabat məruzəsində söyləyib ki, Səddam Hüseyn tərksilah olmur sadəcə olaraq hiyləgərlik edir. Amerikanın Səsinin əməkdaşı paula Valfson bildirir ki, prezident Buş həmin çıxışında mümkün hərbi müdaxilə üçün daxildə və xaricdə himayə əldə etməyə çalışıb.

Dünən axşamkı çıxış, ehtimal ki, George Buşun prezidentliyi vaxdında etdiyi ən mühüm çıxış idi. O, bu çıxışla ölkəni müharibəyə hazırlamış, öz idarəsinin təqib etdiyi siyasətlərə himayə əldə etməyə çalışmışdır. Prezident Buş İraqın törəddiyi təhlükəni ətraflı bir şəkildə izah edərək hərəkətə keçmənin vacibliyi üzərində dayanmışdır. Amerika prezidendi demişdir ki, Səddam Hüseyn tərksilah olunması barədə beynəlxalq tələblərə riayət etməmişdir və buna görədə cavabdeh olmalıdır. Prezident deyib ki, təgribən üç ay əvvəl, BMT- Təhlükəsizlik Şurası Səddam Hüseynə tərksilah olması üçün axırıncı bir fürsət vermişdi. O, bunun əvəzinə BMT-nin və dünya ictimaiyətinin rəyini nəzərə almamışdır. Prezident İraqla terrorçular arasında əlaqə olduğunu bildirib və əlavə edib ki, Səddam Hüseyn hökmetmək, hədə-qorxu gəlmək və hücum etmək üçün kütləvi qırğın silahlarını əldə etməyə çalışır. O, qeyd edib ki, Dövlət Katibi Colin Paul gələn həftə çərşənbə günü BMT Təhlükəsizlik Şurasına dəlilləri açıqlayacaq. Dövlət katibi Colin Paul İraqın qanunsuz silah proqramı, həmin silahları müfəttişlərdən gizlətmə təşəbbüsləri, və onun terrorçu qruplarla əlagələri barədə məlumat və kəşfiyyatı təqdim edəcək Prezident Buş Amerikanın BMT ilə əməkdaşlıq edəcəyini söyləməklə bərabər bunu da qeyd edib ki, əgər Səddam Hüseyn dinç yolla tərksilah olmasa o qüvvədən istifadə ilə tərksilah ediləcək. O qeyd edib ki, əgər, müharibə vacib olsa Amerikanın hərbi gücündən istifdə ediləcək və o galib gələcək. O deyib ”Bəziləri deyirlər ki, təhlükə yaxınlaşmadıqca biz hərəkətə keçməməliyik. Hansı vaxtdan bəri terrorçular və tiranlar niyyətləri barədə əvvəlcədən xəbərdarlıq edir, hücuma keçməmişdən qabaq hörmətlə bildiriş göndərir” Prezident Buş İraqa qarşı mümkün hərbi müdaxilə barədə danışsa da o , Şimalı Koreyanın nüvə proqramına başqa bir üsulla yanaşıb. O, Amerikanın Cənubi Koreya, Yaponiya, Çin və Rusiya ilə əməkdaşlıq edərək bu məsələnin dinç yolla həllinə çalışdığını söyləyib.

Amerika Prezidenti qeyd edib ki, fərqli hədələr fərqli strategiyalar tələb edir. İranda hələ də öz xalqını təzyiqlər altında tutan, kütləvi qırğın silahlarını ələ keçirməyə çalışan və terrorçuluğu himayə edən bir hökumət hakimiyyətdədir. Biz eyni zamanda görürük ki, İran vətəndaşları hədələri və hətda ölümü gözə alaraq azadlıq, insan hüquqları və demokratiya üçün səslərini ucaldırlar. İranlılar bütün xalqlar kimi öz hökumətlərini seçmə və öz müqəddəratlarını təyin etmə hüququna malikdirlər və Birləşmiş Ştatlar onların azadlıq şəraitində yaşama arzularını dəstəkləyir.

Prezident Buş qeyd edib ki, Birləşmiş Ştatlar dünyanın həm təhlükəsiz həm də daha yaxşı bir dünya olmasına çalışır. O bu məqsədlə Afrika və Karib hövzəsində AİDS xəstəliyi ilə mübarizə üçün15 milyard dollar vəsait ayrılması planını açıqlayıb. O deyib ”Bu ölkə insanlığı təbiyyətin fəlakətlərindən qorumaqda dünyaya rəhbərlik edə bilər. Və bu ölkə insan icadı şər olan beynəlxalq terrorçuluğun qarşısında dayanmaq və onu məğlub etmək üçün dünyaya rəhbərlik edir.”

Qeyd edək ki, keçən ildən fərgli olaraq bu il Prezident buş illik hesabat məruzəsinə daxili məsələlərlə başlayıb. Ehtimal ki, bu rəy sorğularının, əhalinin çoxunun ölkənin iqdisadi idarə olunmasını təstiq etmədiyini göstərməsinin bir nəticəsidir. Buna görə o çıxışında iqtisadiyata da geniş yer verərək deyib ki, "Bizim birinci məqsədimiz aydındır. Bizim iqtisadiyatımız elə sürətlə inkişaf etməlidir ki, iş axdaran bütün kişi və qadınlar işlə təmin olunsun."

Atasının 1991-ci il Körfəz müharibəsindən sonra, iqtisadi vəziyyətin yaxşı olmamasına görə seçkilərdə uduzduğunu unudmayan George VV Buş, bu çıxışla Amerikalıların çoxunun həyatına hər gün təsir göstərən iqtisadi məsələrə nə qədər əhəmmiyyət verdiyini nümayiş etdirdi.

XS
SM
MD
LG