Accessibility links

BMT müfəttişi vəziyyətin ciddi olduğunu deyir - 2003-01-16


Beynəlxalq Atom Enerji agetnliyinin başçısı Məhəmməd ElBaradey Moksvada Rusiyanın rəsmi nümayəndələrilə görüşdən sonra bildirib ki, BMT müfəttişlərinin İraqda qadağan olunmuş silahların axtarışını başa çatdırmaq üçün onların mandatının bir neçə aya qədər uzadılması ilə bağlı Təhlükəsizlik Şurasına formal olaraq müraciət edəcək. Bu arada, BMT-nin silahlar üzrə baş müfəttişi Hans Bliks bildirir ki, müharibənin qarşısını almaq üçün İraq müfəttişlərlə daha fəal əməkdaşlıq aparmalıdır. Cənab Bliks bunları Brüsseldə Avropa Birliyinin rəsmi nümayəndələrilə görüşündə bildirib. Avropa Birlyinin xarici siyasət məsələləri üzrə müşaviri Xavyer Solana ilə görüşdən sonra açıqlamalar verən Hans Bliks bildirdi ki, böhranın sülh yolu həll olunması İraqdan asılıdır.

“ Bizim çatdıracağımız mesaj ondan ibartədir ki, vəziyyət olduqca ciddi və təhlükəlidir. Hamı İraqın orada qalan kütləvi qırğın silahlarının məhv edilərək tərksilah olmasını görmək istəyir. “

Hans Bliks böhranı iki yolla həll etməyin mümkün olduğunu deyir. Bunlardan biri, İraqın müfəttişlərlə daha sıx əməkdaşlıq edib tərksilah olmasıdır. BMT-nin baş müfəttişinin dediyi kimi, digər yol hərbi yoldur. BMT-nin rəsmi nümayəndəsi bildirdi ki, silah müfətitişləri 2001 və 2002-ci illərdə bə’zi adi silahların qeyri-qanuni yolla idxal edildiyinə dair dəlillər tapıblar. Lakin bunların İraqın kütləvi qırğın silahları arsenalı ilə əlaqədar olub-olmadığnı müəyyənləşdirmək lazımdır. Baş müfəttiş Bliksin bildirdiyinə görə, onun yanvarın 27-də Təhlükəsizlik Şurasına təqdim edəcəyi hesabat son sənəd kimi qəbul edilməlidir və belə görünür, Təhlükəsizlik Şurası fevral ayında daha bir hesabat istəyəcək.

XS
SM
MD
LG