Accessibility links

BMT müfəttişləri Səddam Hüseynin sarayını yoxlayıblar - 2003-01-15


BMT-nin silah müfəttişəri bu gün prezident Səddam Hüseynin Bağdaddakı saraylarından birini yoxlayıblar. Bununla BMT nümayəndələri təftiş başalanandan saraya ikinci dəfə getmişlər. Bu arada, “Vaşinqton Post” qəzeti bu gün Milli təhlükəsizlik məsələləri üzrə müşavir Kondoliza Raysın BMT-nin silahlar üzrə baş müfəttişi Hans Blikslə əvvəlcədən e’lan edilməmiş görüş keçirdiyini xəbər verib. Qəzet yazır ki, görüş Bağdadın gizli silah proqramlarına malik olduğunu öyrənmək məqsədilə İraq alimlərinin ölkədən çıxarılaraq dindirilməsi üçün Hans Bliksə təzyiq göstərmək məqsədi daşıyır.

XS
SM
MD
LG