Britaniyanın baş naziri Toni Bleyer İraq prezidenti Səddam Hüseyni kütləvi qırğın silahlarından əl çəkməyə və sülh yolunu seçməyə çağırmış, əks təqdirdə güc yolu ilə silahsızlaşdıracağını demişdir. Bu gün keçirdiyi mətbuat konfransında Toni Bleyer beynəlxal ictimaiyyətin İraqı kütləvi qırğın silahlarından əl çəkdirəcəyinə inandığını bildirmişdir. Britaniya lideri İraqın 12 min səhifəlik hesabatının həqiqətə uyğun olmadığını söyləmişdir