İsrailin hərbi qüvvələri Qolan yüksəkliklərinin İsrailin işğal ediyi hissəsinə keçməyə cəhd göstərmiş silahlı şəxsi qətlə yetirmişlər. Hərbi qüvvələrin bildirdiyinə görə, Qolan yüksəkliklərinin cənubunda atışmadan sonra bir nəfər qətlə yetirilmiş, digəri isə həbs edilmişdir. Hələlik silahlı şəxsin kimliyi müəyyən edilməmişdir. Lakin onun Suriyanın nəzarəti altında olan ərazidən keçdiyi xəbər verilir. Bundan əvvəl, Fələstinli şahidlər İsrailin hərbi qüvvələrinin Qəzzada Xan Yunis şəhəri yaxınlığında bir, İordan çayının Qərb sahilindəki Saidə kəndində isə digər Fələstinlini qətlə yetirdiyini xəbər vermişdilər. İsrail ordusu habelə kənddə Fələstinli yaraqlı olmaqda şübhələnilən şəxsin evini dağıtmışdır.