Accessibility links

Prokurorlar təhlükəsizlik sistemində ciddi çatızmazlıq olduğunu irərli sürürlər - 2002-12-29


Rusiya prokurorları Çeçenistanda hökumət binasının partlayışı ilə bağlı istintaqa başlanıldığını bildirilər. Baş prokurorun müavini Sergey Fridinski binanın təhlükəsizliyinə cavab verən hərbi nümayəndələr, habelə Qroznının komendantının vəzifəsindən azad edilmələrinin təklif edildiyini demişdir. Prokurorun çıxışı Kreml tərəfindən Çeçenistana tə’yin edilən nümayəndələrin qəzəbli bəyanalarından bir neçə saat sonraya təsadüf edir. Qroznıdakı bomba partlayışı 52 adamın ölümü, 130-dan çoxunun yaralanması ilə nəticələnmişdi. Hadisənin məs’uliyyətini üzərinə alan olmamışdır.

XS
SM
MD
LG