Accessibility links

Corc Buş:-"Fərda" İran xalqını doğru məlumatla təmin edəcək - 2002-12-21


İranda yayımlanan yeni “Fərda” radio stansiyanının açılışına yardım edən prezident Buş demişdir ki, cümə axşamından e’tibarən fəaliyyətə başlayan bu radio azad mə’lumat almaq imkanından məhrum edilmiş İran xalqını xəbər, informasiya və musiqi ilə tə’min edəcək. Cənab Buş İran xaqlının azad mətbuat, açıq, demokratik və azad cəmiyyətə layiq olduğunu vurğulamışdır. Prezident həmçinin, “Radio Azadini” əvəz edən “Radio Fərda”-nın İran əhalisinin 70 faizini təşkil edən gənclərə daha artıq musiqi bəxş edəcəyinə ümid bəslədiyini bildirmişdir. Amerika prezidenti demişdir ki, İran beynəlxalq öhdəliklərə əməl edib, azadlıq və dözümlülüyə doğru addımlasa, Amerikadan yaxşı dost tapmayacaq.

XS
SM
MD
LG