Accessibility links

Senator Lott əksəriyyət lideri vəzifəsindən istefa verdi - 2002-12-20


Birləşmiş Ştatlar senatoru Trent Lott irqi-ayrıseçkiliyə dəstək kimi görünən bəyanatının doğurduğu qalmaqaldan sonra Senatın respublikaçı əksəriyyətinin lideri vəzifəsindən iste’fa verib. Cənab Lott bu gün verdiyi açıqlamasında ölkənin gələcək maraqları naminə rəhbər vəzifədən iste’fa verdiyini bəyan edib. Bununla belə, cənab Lott Senatdakı yerini saxlayacağını bildirib. Bu isə respublikaçıların Senata nəzarəti davam etdirməsini təmin edəcək. Respublikaçılar partiyasından bir neçə senator Tenessi ştatından urek cərrahı və prezident Buşun yaxın müttəfiqi senator Bil Firstin namizədliyini respublikaçı əksəriyyətin lideri vəzifəsinə irəli sürmüşdür. Senator Firs dünən bu təklifi nəzərdən keçirdiyini bildirmişdir.

Georgetown universitəsinin profesori Sohrab Subhanin bu barədə müsahibəsi

XS
SM
MD
LG