Fransanın daxili işlər nazirliyi Paris yaxınlığında keçirilmiş reyd zamanı islamçı yaraqlı olduqlarından şübhələnilən dörd nəfərin həsb edildiyini bildirir. Nazirliyin bu gün açıqladığı bəyanatda deyilir ki, həbs edilmiş şəxslərin heç birinin bunu e’tiraf etməməsinə baxmayaraq, onların yaxın gələcəkdə hücumlar həyata keçirəcəyinə dair heç bir şübhə olmamalıdır. Rəsmi nümayəndələr şübhələnilənlərin evindən bomba hazırlanmasında istifadə olunan materialların tapıldığını bildirirlər. Bəyanatda daha sonra deyilir ki, həsb edilənlər arasında olan bir Əlcəzairli Əfqanıstanda və Çeçenstanda hərbi əməliyyatlarda iştirak etmişdir. Şübhələnilənlərin ikisi polisə çeçen separatçılarının liderlərilə görüşdüklərini və Gürcüstanın Pankisi dərəsində tə’lim keçdiklərini demişlər. Milad bayramı tətillərinin başlaması ilə Fransanın rəsmi nümayəndələri ölkədə təhlükəsizlik tədbirlərini gücləndirirlər.