Accessibility links

Iraq müxalifəti Səddamdan sonra ölkənin gələcəyini müzakirə edir - 2002-12-14


İraq müxalifətinin qrupları Səddam Hüseyndən sonra ölkənin gələcəyini müzakirə etmək üçün Londonda iki günlük görüş keçirirlər. Müxalifətdə olan altı etnik və dini qrupun 350-yə yaxın nümayəndəsi İraqın hərbi diktatorluqdan demokratiyaya tez keçidi üçün hansı güzəştlərin edilməli olduğunu müzakirə edirlər. İraq müxalifətinin nümayəndələri Səddam Hüseyn hakimiyyətdən getdikdən sonra ölkədə demokratik hökumətin qurulmasını istədiklərini deyiblər. Müxalifətdə olan siyasətçilər Səddamdan sonrakı dövr İraqda mülki quruluşun bərqərar olması üçün vaxt tələb olunduğunu bildiriblər. Konfransın keçirildiyi binanın önündə toplaşan nümayişçilər müxalifət nümayəndələrini qərb liderlərinin əmrlərini yerinə yetirməkdə ittiham etmişlər. Buna cavab olaraq İraq müxalifətinin liderləri yeni İraq qurmaq üçün xaricdən kömək almaqdan çəkinmədiklərini bildirmişlər.

XS
SM
MD
LG