Accessibility links

Çeçenistanda referendum keçiriləcək - 2002-12-12


Rusiya prezidenti Vladimir Putin Çeçenistanda konstitusiya ilə bağlı referendum keçirilməsi barədə dekreti imzalamışdır. Moskvada yüzlərlə adam Çeçenistanın separatist liderləri ilə sülh danışıqları tələbi ilə nümayişə çıxmışlar. Prezidentin imzaladığı sənəd Moskva tərəfdarı çeçen administrasiyasına səsvermənin təşkili və maliyyələşdirilməsi üçün bir ay vaxt verir. Referendum çeçenlərin konstitusiya layihəsi, parlament və prezident seçkiləri ilə bağlı qanunların təsdiqinə imkan yaradacaq. Prezident Putin Rusiyanın bu gün keçirilən konstituya günü dekreti Çeçenistanın Seçki Komissiyasının tələbinə cavab olaraq imzaladığını bildirmişdir.

XS
SM
MD
LG