Görüşdə kongres nümayəndələri, bir sıra təşkilat başçıları və müxbirlər iştirak etmişlər. Cənab Ərdoğan çıxışı zamanı Türkiyənin Avropa Birlyinə üzvlüyü, İraqa qarşı mümkün hərbi əməliyyatlar və Amerika səfərinin məqsədlərindən danışmışdı. ABŞ-a səfərim Avropa Birliyi ölkələri liderləri ilə görüşlərimdən sonraya təsadüf edir. Prezident Buşun də’vəti ilə strateji əlaqələrə malik olduğumuz Amerikaya səfərimin səmərəli olacağını düşündüm-deyə cənab Ərdoğan bildirmişdir. Ədalət və İnkişaf partiyasının lideri Ərdoğan demişdir ki, partiyamızın seçkilərdəki qələbəsi səslərin çoxluğu baxımından olduğu kimi siyasi baxımda da əhəmiyyətlidir. Türkiyə artıq sabitliyə qovuşmuşdur-deyə Ərdoğan bildirmişdir. Ədalət və kalkınma partiyasının sədri Rəcəb Ərdoğan Türkiyənin Avropa Birlyiinə üzlük məsələsindən danışarkən demişdir ki, Avropa Birliyindəki şəxslərin inamları ilə ifadə edilən müəyyən bir mədəniyyətə sahib olunmamalı, demokratiyaya əsaslanılmalıdır. Türkiyə Avropa Birliyinin qanunları çərçivəsində demokratiya yolundə qərarlı addımlar atır, böyük nailiyyətlər əldə edir. Cənab Ərdoğan demişdir ki, əgər Avropa Birliyi ölkələri Türkiyənin böyüklüyü, onun nüfuzu və büdcə məsələlərini kənara qoyub, fərdlərin fikirlərinə əsaslanaraq, Türkiyənin Avropa Birlyində yer almasına qarşı çıxsalar və ya üzvlüyü gecikdirsələr, məni qərb, islam dünyası və Avropa Birlyinə üzv olan ölkələrdə yaşayan milyonlarla müsəlmanda ayrı-seçkilik hissiyatı yaradacağı qorxudur. Bundan Avropa Birlyi layihəsi istər-istəzməz zərər çəkəcək. Fransanın sabiq baş naziri cənab Roçardın vurğuladığı kimi Avropa Birliyi əsasən katolik, protestant və pravoslav icmalarını bərabər tutmaqla yaradılmışdır. Bu təşkilat bir xristian klubu kimi tanınmayacaq. Avropa Birlyi ölkələrində yaşayan xristian və müsəlmanların hüquqlarının qorunmasının yeganə yolu layiqlikdir. Avropa Birliyini nə coğrafi birlik, nə də ki, dini qurumdur. Bu, siyasi dəyərlər birliyidir. Bu baxımdan Tükriyənin Avropa Birlyinə üzvlüyü üçün bundan təbii bir şer ola bilməz. Cənab Ərdogan İraqla bağlı fikirlərini belə dilə gətirmişdi:-”İraq yüzilliklərlə eyni corafafi ərazini paylaşdığımız, sıx əlaqərlər içərisində yaşadığımız önəmli bir qonşumuzdur. Biz İraqın yaxın zamanda beynəlxalq dünya ilə bütövləşməsi, dost iraq xalqının çəkdiyini əziyyətlərin geridə qoyub, firavan həyat sürməsini istəyirik. İraq başda olmaqla, Yaxın Şərqdə demokratiyanın hökm sürməsini istəyirik”. Cənab Ərdoğan demişdir ki, Türkiyə Körfəz müharibəsi vaxtı böyük zərərə və o vaxtdan sonra İraqdakı durumun tə’sirinə ən çox mə’ruz qalan ölkə olmuşdur. Məhz buna görə İraqda daha artıq sabitlisliyə yol aça biləcək əməliyyatların əleyhinəyik. Qeyd edək ki, Rəcəb Ərdoğan Vaşinqtonda qaldığı “Monarx” mehmanxanasında jurmalistlərlə söhbət etmiş, onların Kipr, Türkiyədəki azlıqların hüquqları, İsrail-Türkiyə münasibətləri və digər sullarını cavablandırmışdı. Söhbətdən əvvəl o, xristian icmalarının təmsilçiləri ilə görüşmüşdü. Birləşmiş Ştatların dövlət katibi Kolin Pouellə görüşünün cənab Ərdoğan tanışlıq mahiyyəti daşıdığını demişdir. Bu gün Türkiyənin hakim partiyasının lideri Ağ Evdə prezident Buşla görüşür.