Türkiyənin hakim Ədalət və inkişaf partiyasının sədri Rəcəp Tayyib Ərdoğan Avropa Birliyini üzvlüyə namized ölkələrə müxtəlif standartlarla yanaşmaqda ittiham edib. O, Avropa Birliyinin liderlərilə görüşmək üçün Kopenhagenə gedib. Liderlər Kopenhagendə Birliyin genişlənməsi məsələsini müzakirə edəcəklər. Cənab Ərdogan bildirib ki, Türkiyə Avropa Birliyinin şərtlərini yerinə yetirmək üçün siyasi və insan hüqüqları sahələrində islahatlar həyata keçirəcək. O buna da işarə edib ki, namized ölkələrdən bəziləri hələ də Birliyin şərtlərini yerinə yetirməyiblər. Cənab Ərdoğan söyləyib ki, Türkiyəyə üzvlük müzakirələrinin başlaması üçün tarix verilməməsi, Birliyin müxtəlif ölkələrə fərqli standartlarla yanaşdığını nümayiş etdirir.