Accessibility links

Buş administrasiyası İraqı silah proqramlarına malik olmaqda tam əsasla ittiham etdiyini bildirir - 2002-12-05


Birləşmiş Ştatlar bildirir ki, BMT müfəttişlərinin hələ kütəvi qırğın silahlarını aşkar etməməsinə baxmayaraq, İraqın bu silahlara malik olmasını tam əsasla söyləmək olar. Ağ Evin mətbuat katibi Ari Flayşerin bildirdiyi kimi, İraq həqiqətən də kütləvi qırğın silahlarına malik olmasaydı prezident Buş bunu bəyan etməzdi. Ağ Evin nümayəndəsi söyləyib ki, Birləşmiş Ştatlar İraqın kütləvi qırğın silahları proqramına malik olduğunu təsdiq edən kəşfiyyat mə’lumatlarına əsaslanır. Buş administrasiyası BMT-nin təftişi sür’ətləndirməsini və genişləndirməsini, habelə İraqa daha çox müfəttişin yollanmasını istəyir. Prezident Buş xəbərdarlıq edib ki, İraq könüllü olaraq tərksilah olmasa, Birləşmiş Ştatlar Bağdadı tərksilah olmağa məcbur etdirmək üçün koalisiyaya başçılıq edəcək.

XS
SM
MD
LG