Accessibility links

İspaniya tankerinin batması nəticəsində neftin suya axması bölgədə ekoloji fəlakət yarada bilər - 2002-11-19


İspaniyanın şimal-qərb sahili yaxınlığında 700 min ton neft daşıyan neft tankerinin iki yerə parçalanaraq batması bölgədə ekoloji fəlakət təhlükəsi yaratmışdır. Bahama adalarında qeydiyyatdan keçmiş “Prestij” tankeri bu gün İspaniyanın Atlantik sahilindən 250 kilometr aralıda batmışdır. Nəticədə minlərlə ton neft dənizə axmışdır. İspaniya və Portuqaliya ekoloji fəlakətlə mübarizəyə hazırlaşırlar. Neft artıq İspaniya sahilinə çatmışdır. Bölgədə iqtisadiyyat üçün mühüm əhəmiyyət kəsb edən balıqçılıq müvvəqəti olaraq dayandırılmışdır.

XS
SM
MD
LG