Accessibility links

Bağdad BMT-nin qoyduğu son möhletle razıdır - 2002-11-19


Bağdadda olan BMT-nin silah müfəttişləri İraqın rəsmi nümayəndələrilə iş planlarını müzakirə etmişlər. İraq tərksilah məsələlərilə məşğul olan yüksək səviyyəli rəsmi nümayəndələrə kütləvi qırğın silahlarına malik olub-olmadığını e’lan etməsilə bağlı BMT-nin dekabrın 8-i qoyduğu son möhləti qəbul etdiyini bildirib. Müfəttişlərin ilk iş günü isə dörd il bundan əvvəl tərk etdikləri ofisin qaydaya salınması ilə başlamışdır.

Texniki işçilər rabitə cihazlarını quraşdırmaq, yeni kompyuterləri sistemə qoşumaq və dörd il bundan əvvəl tərk etdikləri laboratoriyaları yeni cihazlarla tə’min etməklə məşğul olmuşlar. Bununla yanaşı, dekabrın sonunda 100-dən çox müfəttişin təyyarə ilə və quru yolla İraqa gəlməsini tə’min etmək üçün işlər görüşlmüşdür. Formal olaraq təftiş noyabrın 27-də başlayır. Müfəttişlər ən müasir texnologiya ilə təchiz olunacaqlar. İraq tərəf onları avadanlıqla təchiz edəcək. Müfəttişlər peyk vasitəsilə əldə edilmiş fotolarla işləyəcək, mə’lumatları isə Mərkəzi kəşfiyyat idarəsindən alacaqlar. İraqda nüvə, kimyəvi və biolojo silahlar inkişaf etdirilməsi üzərində işləyən təxminən 800-ə yaxın obyektin olduğu xəbər veilir. İraq kütləvi qırğın silahlarına malik olmadığnı və onların inkişafını dayandırdığnı bildirir. BMT-nin silah müfəttişlərinin ilk hesabatı yanvarda verəcəkləri gözlənilir.

XS
SM
MD
LG