Accessibility links

ABŞ: İraqın hücumları BMT-nin qetnamesinin pozulması deməkdir - 2002-11-18


Birləşmiş Ştatlar bildirib ki, İraqın uçuşa yasaq zonasında patrul xidməti çəkən Amerika və Britaniya təyyarələrinə hücumları BMT-nin bu yaxınlarda Bağdadın tərkisilah edilməsi barədə qəbul etdiyi qətnaməsini pozur. Ağ Evin mətbuat katibi Skot Maklellan bu gün bildirib ki, Birləşmiş Ştatların bununla bağlı Şuraya müraciət etmək kimi seçimi var. İraq ABŞ-ın bu mövqeyini beynəlxalq hüququn pozulması kimi qiymətləndirib. İraq bildirib ki, Vaşinqton İraqa qarşı təcavüz üçün bundan bəhanə kimi istifadə edir. Bütün bunlar BMT-nin yüksək səviyyəli silah müfettişlerinin dörd ilden sonra ilk defedir bu gün İraqın rəsmi nümayəndələrilə qadağan olmuş silahların təftişilə bağlı danışıqlara yenidən başladıqları vaxta təsadüf edir.

XS
SM
MD
LG