İsrailin hərbi qüvvələri Fələstinlilərin 12 adamın ölümülə nəticələnən hücumundan sonra İordan çayını Qərb sahilində Hebron şəhərinə yenidən daxil olmuşlar. Təhlükəsizlik qüvvələri yəhudilər üçün müqəddəs sayılan şənbə günü bitəndən sonra İsrail sakinlərinin öz qəzəbini bildirəcəklərinə hazırlaşdıqlarını deyiblər. Baş nazir Ariyel Şarona hücumla cavab vermək və Yasir Ərəfatın Fələstin muxtariyyətini devirmək üçün təzyiqlər edilir. Hələlik İsrail liderinin hansı əməliyyatlar həyata keçirəcəyi aydın deyil. Dünən İsrailin təhlükəsizlik qüvvələrindən 9 adamın və üç yəhudi məskunun ölümülə nəticələnən hücumun məs’uliyyətini İslamçı Cihad qrupu öz üzərinə götürüb. Bu, iki il bundan əvvəl Fələstin üsyanı başlanandan ən qanlı hücum hesab edilir.