Beynelxalq insan hüquqları qrupu-”Amnesti İnternational”ın bu gün neşr edilen hesabatında deyilir ki, sentyabrın 11-i Amerikadakı terror aksiyalarından sonra milli tehlükesizlik adı altında insan hüququları normaları pozulmaqdadır. Beynelxalq insan hüquqları qrupunun baş katibi İren Xan terror hücumlarının mehduduiyyet qanunları, mühacirlere qarşı tezyiqler ve irqçilik zemininde ayrı-seçkilikleri artırdığını bildirmişdir. O demişdir ki, sentyabrın 11-i insaniyyete qarşı cinayet minlerle insanın qanuni hüquqlarının pozulmasıdır. Hücumların artması digerlerinin de insan hüquqlarına tesir etmeye bilmezdi. Hadiselerden sonra hökumetler anti-terrorizm ve tehlükesizlik adı altında insan hüquqlarını kobud şekilde pozmağa başlamışlar.İren Xan hemçinin demişdir ki, Birleşmiş Ştatlar ve Britaniya Efqanıstanda El Qayda ve Taleban döyüşçülerine qarşı müharibe vaxtı yol verilen zorakılıqlar haqda etraflı istintaq aparmalıdır. “Amerika ve Britaniya mülki vetendaşların qetlleri ve kütlevi qırğınlar haqda tehqiqatlardan boyun qaçırmaqla beynelxalq humanizmin beynelxalq prinsiplerini ayaqlayırlar”-deye o, sözüne davam etmişdir. “Amnesti international”ın hesabatında deyilir ki, öten il 47 ölkede qanuni sistem xaricinde ölüm cezaları heyata keçirilmiş, 27 ölkede qanunda nezerde tutulan maddelere esasen ölüm hökmleri icra edilmişdir. 35 ölkede insanların yoxa çıxdığı, 111-de iseişgence halları qeyde alınmışdır. Hesabatda deyilir ki, 56 ölkede eqide mehbusları saxlanılır.