Aparıcı Beynəlxalq Konservasiya Qrupu xəbərdarlıq edir ki, qeyri-qanuni qara kürü ticarəti nərə balıq növünün yox olmasına ciddi təhlükə törədir. Dünya Təbiət Fondunun rəsmiləri Yeni İli qeyd edənləri yeyəcəkləri kürünün qeyri-qanuni mənbələrdən gəlib-gəlmədiyini yoxlamağa çağırır. Qrupun rəhbəri Suzan Liberman deyir ki, yalnız Xəzər Dənizində mövcud olan Beluqa balığı demək olar ki, tamamilə məhv olmaq üzrədir. Son bir neçə on ildə nərə balıqlarının ümumi sayı isə 70 faiz azalıb.