ABŞ-ın Kubada Quantanamo hərbi həbsxanasında saxlanan iki uyğur İsveçrəyə köçürülüb.
ABŞ-ın Ədliyyə nazirliyi onların yerləşdirilməsilə bağlı bu gün bəyanat verib.
Çin vətəndaşları olan uyğurlar 2001-ci ildə Birləşmiş Ştatların hərbi qüvvələrinin Əfqanıstana müdaxiləsi zamanı həbs edilmiş uyğurlar arasında olub.
Birləşmiş Ştatlar beş il əvvəl uyğurların ölkənin milli təhlükəsizliyinə hədə təşkil etmədiyi haqda nəticəyə gəldikdən sonra onları qəbul etməyə razı olacaq ölkə axtarırdı.
Amerika rəsmiləri Çinə göndərilsələr, saxlanılanlarla pis rəftar edilə biləcəyindən ehtiyat edirlər.
Çin Sincan regionundan olan uyğruları separatizmdə ittiham edərək, onların geri qaytarlmasını tələb etmişdi.