<!-- IMAGE -->Çin bu gün bildirib ki, Google İnternet şirkətinin ölkədə axtarış çarxına senzura qoymaq qərarı ABŞ-la Çin arasında münasibətlərə təsir etməyəcək. Google dünən Çin xidmətini Honq Konq serveri vasitəsilə istiqamətləndirəcəyini deyib. Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Çin Çanq jurnalistlərə deyib ki, başqa insanlar məsələni siyasiləşdirməsə, o, Google-un bu fəaliyyətinin Çin-ABŞ münasibətlərinə təsir edəcəyini düşünmür. Çin deyib ki, onun hökuməti milli və ya ictimai maraqlara zidd olan mövzuları filterdən keçirir. Onun sözlərinə görə, Google kimi xarici İnternet xidməti provayderləri ölkədə bizneslərini davam etdirmək istəyirlərsə, Çinin qanun və nizamnamələrinə riayət etməlidirlər.