Accessibility links

Çin Google-u ABŞ-ın vasitəsi olmaqda günahlandırır


Çin Google-u ABŞ-ın vasitəsi olmaqda günahlandırır
Çin Google-u ABŞ-ın vasitəsi olmaqda günahlandırır

<!-- IMAGE -->

Çin rəsmi xəbər agentliyi senzura və internet hücumları səbəbilə Çini tərk edəcəyini bildirən Google İnternet şirkətini ABŞ hökumətinin aləti kimi hərəkət etməkdə günahlandırıb. Şinhua bildirir ki, Google tamamilə siyasiləşib və Çin mədəniyyətinə və Çin xalqının dəyərlərinə müdaxilə etməyə çalışır. Yanvar ayında Google bəyan etmişdi ki, şirkət onlayn təhlükəsizlik məsələləri və Pekin hökumətinin sərt senzurası səbəbilə Çində axtarış çarxı və başqa əməliyyatlarını dayandırmaq istəyir. Şinhua bildirir ki, Google əsassız olaraq Çin hökumətinin haker hücumlarını dəstəklədiyini bildirib. Agentlik habelə şirkəti Çinin daxili məsələlərinə qarışmaqda günahlandırır.

XS
SM
MD
LG