Accessibility links

ABŞ prezidenti İran xalqına Novruz mesajı göndərib


ABŞ prezidenti İran xalqına Novruz mesajı göndərib
ABŞ prezidenti İran xalqına Novruz mesajı göndərib

ABŞ prezidenti Barak Obama İran xalqına müraciətində deyib ki, Birləşmiş Ştatlar onların hökuməti ilə böyük fikir ayrılıqlarına baxmayaraq iranlıların daha yaxşı gələcəyi olması naminə daha çox iş görmək əzmindədir.

Cənab Obamanın İranda yeni il kimi qeyd edilən Novruz bayramı münasibətilə İran xalqına təbrik mesajı İnternetdə yerləşdirilib.

Prezident Obama deyib ki, Birləşmiş Ştatlar təhsil sahəsində mübadilə imkanlarını genişləndirilmək və İranda internetə çıxışa senzura qoyulmamasına kömək etmək istəyir. Prezident deyib ki, bir il bundan əvvəl Novruz mesajında o, münasibətlərdə yeni səhifənin açıldığndan danışmışdı. Lakin onun bildirdiyinə görə, o vaxtdan İran hökuməti beynəlxalq ictimiayyətin onun nüvə silahları inkişaf etdirmədiyini təmin etmək məqsədilə irəli sürdüyü təklifləri rədd etməklə özünü təcrid etmək yolunu seçmişdir.

Cənab Obama bildirib ki, beynəlxalq ictimiayyət İran hökumətini məsul tutmaq üçün işi davam etdirir, lakin mübahisənin diplomatiya və dialoq yolu ilə həll edilməsi təklifi də qüvvədə qalır.

İranın dövlətə məxsus televiziyası cavab olaraq bildirib ki, ABŞ prezidenti dialoq qurmağı təklif edib, lakin Vaşinqtonun hazır olduğu güzəştlər barədə bir söz deməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG