<!-- IMAGE -->
Rusiyanın bəzi şəhərlərində minlərlə insan baş nazir Vladimir Putin hökumətinə qarşı etiraz bildirmək üçün nümayiş keçirib.
Müxalif qruplar koalisiyası hökumətin iqtisadi siyasətindən narazılıq bildirmək üçün Milli Qəzəb gününə çağırıb. Ən başlıca şikayətlərdən biri qaz və elektrik qiymətlərinin qalxması ilə bağlıdır.
Bununla yanaşı, etirazçılar daha çox siyasi azadlıqlar tələbə edib, bəziləri isə hətta cənab Putinin istefasına da çağırıblar. Ən böyük nümayişlərdən biri 1500-dən çox insanın iştirakı ilə Sakit okean sahili şəhəri olan Vladivostokda keçirilib.
Sankt Peterburqda isə 1000-dən çox insanın toplaşdığı bildirilir. Sibirdə İrkutsk şəhərində nümayişçilər cənab Putinin Baykal gölünün çirklənməsinə səbəb olan zavodun yenidən açılmasına icazə verməsinə etiraz ediblər. Baykal dünyanın təmiz suya malik ən dərin gölüdür.