Accessibility links

ABŞ prezidenti İsrailin yəhudilər üçün inşa planının İsrail-Ərəb sülh səylərinə mane olduğunu deyib


ABŞ prezidenti İsrailin yəhudilər üçün inşa planının İsrail-Ərəb sülh səylərinə mane olduğunu deyib
ABŞ prezidenti İsrailin yəhudilər üçün inşa planının İsrail-Ərəb sülh səylərinə mane olduğunu deyib

ABŞ prezidenti Barak Obama İsrailin yəhudilər üçün şərqi Qüdsdə evlər inşa etməsi planını tənqid edərək bunun İsrail-Ərəb sülh səylərinə yardım etmədiyini bildirib.

Cənab Obama FOX News telekanalına müsahibədə ABŞ-la İsrail arasında sülh danışıqlarını irəliyə doğru aparmaq istiqamətində fikir ayrılıqlarının olduğunu söyləyib. Lakin o, ABŞ-İsrail münasibətlərində böhran baş verdiyini inkar edib və deyib ki, Amerika və İsrail xalqları arasında sarsılmaz xüsusi tel var.

İsrailin ötən həftə şərqi Qüdsdə 1600 yeni ev inşa edəcəyini elan etməsi yüksək rütbəli ABŞ rəsmilərinin tənqidlərinə səbəb olub.


XS
SM
MD
LG