Accessibility links

Barak Obama İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün beynəlxalq sanksiyaların tətbiqinə çalışacağını deyib

<!-- IMAGE -->

ABŞ prezidenti Barak Obama deyib ki, İranın nüvə silahları əldə etməsinin qarşısını almaq üçün o, aqressiv şəkildə beynəlxalq sanskiyaların tətbiqinə çalışacaq. Cənab Obama FOX News telekanlına verdiyi müsahibədə deyib ki, nüvə silahlı İran bütün Yaxın Şərq boyu silah yarışının başlanmasına təkan verə bilər. O, belə ssenarinin həyata keçməsinin qarşısını almağı özünün "ən yüksək prioriteti" adlandırıb. Tehran isə israr edir ki, onun nüvə proqramı dinc məqsədlərə xidmət edir.

Cənab Obama deyib ki, onun administrasiyası beynəlxalq tərəfdaşları ilə İranı təcrid etmək yönümündə işləyib və o, İranın nüvə proqramına qarşı götürüləcək ölçülər sırasında heç bir seçimi istisna etmir.

XS
SM
MD
LG