Dünən televiziyada Rusiya tanklarının Gürcüstan paytaxtına daxil
olduğunu göstərən saxta kadrların nümayiş etdirilməsi keçmiş Sovet
respublikasında böyük təlaşa səbəb olub. İmedi televiziyası yayımın əsas məqsədinin baş
verməsi mümkün olan hadisələrin göstərilməsi olduğunu desə də, digər kanalda doğru
olmayan məlumatın bu şəkildə yayımlanması gürcülər arasında həyəcana səbəb olmuşdur.
Rusiyanın 2008-ci ildə separatçı Cənubi Osetiya və Abxaziya regionlarını dəstəkləməsi Rusiya ilə Gürcüstan arasında beş gün davam edənmüharibə ilə nəticələnmişdir. Televizyaya baxan bəzi tamaşaçılar xəbərləri eşitdikdən sonra daha bir münaqişənin baş verdiyindən qorxaraq, evlərini tərk etmişdir.