Accessibility links

İsveç rəsmisi parlamentin "genosid" qətnaməsini tənqid edib


İsveç rəsmisi parlamentin "genosid" qətnaməsini tənqid edib
İsveç rəsmisi parlamentin "genosid" qətnaməsini tənqid edib

<!-- IMAGE -->

Isveç xarici işlər naziri Karl Bildt ölkə parlamentinin Osmanlı türklərinin erməniləri qətlə yetirməsini genosid kimi tanıyan qətnaməsini pisləyib. Bildt cümə günü türk həmkarı ilə Finlandiyada Avropa xarici işlər nazirlərinin görüşü zamanı danışıqlar aparıb. O, müxbirlərə deyib ki, İsveç parlamentindəki səsvermə “təəssüfləndiricidir” və “faydalı məqsədə xidmət etmir”. İsveç qanunvericiləri cümə axşamı “Ermənilərin Genosidi”ni tanıyan qətnaməni az səs fərqi ilə qəbul etdi. Bundan bir neçə gün öncə isə ABŞ konqres komitəsi buna oxşar qətnamə qəbul edib. Türkiyə hökuməti hər iki qətnaməni pisləyərək İsveç və ABŞ-dakı səfirlərini geri çağırıb.

XS
SM
MD
LG