<!-- IMAGE -->Moskvada
atəşə məruz qalmaları nəticəsində bir polis zabiti həlak olmuş, başqası isə
yaralanmışdır. Rəsmilər deyirlər ki,
zabitlər qərbi Moskvanın Kuntsevo rayonunda şübhəli maşını saxlayıblar. Onlar sürücünün sənədlərini yoxlayarkən
maşından atəş açılıb. Polis 3 hücumçunun
Dağıstan Respublikasından olduğuna inanır.
Hazırda şübhəlilərin tapılması üçün intensiv axtarış aparılır. Dağıstan və şimali Qafqazın başqa regionları
İslamçı militantlarla Rusiya təhlükəsizlik qüvvələri arasında toqquşmalara
səhnə olub.