Accessibility links

Bu gün Beynəlxalq Qadınlar günüdür


Bu gün Beynəlxalq Qadınlar günü qeyd edildiyi zaman dünya liderləri və beynəlxalq təşkilatlar problemlərin həllində qadınlara daha artıq hüquqlar və imkanlar verilməsinə çağırırlar.

ABŞ prezidenti Barak Obama və birinci xanım Mişel Obama bu münasibətlə Ağ Evdə ziyafət verirlər.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq təşkilatı ATƏT bildirir ki, sülh və sabitliyə qadınların proseslərdə kişilərlə bərabərhüquqlu tərəfdaş kimi iştirakı nəticəsində nail olmaq mümkündür.

BMT-nin Baş katibi Ban Ki Mun deyib ki, təşkilatın qarşıya qoyduğu məqsədlər qadınlar yoxsul yaşayış tərzi və ayrı-seçkiliyə məruz qaldığı üçün risk qarşısındadır.

Beynəlxalq Qadınlar günü ilk dəfə olaraq ABŞ-da 1909-cu ildə qeyd olunmuşdur.

XS
SM
MD
LG