<!-- IMAGE -->
Çili prezidenti Mişel Baçelet Çili tarixində misli görünməyən 8.8 bal gücündəki zəlzələnin ölkənin mərkəzi hisssinə güclü zərər vurduğunu, 700-dən insanın həlak olduğunu və 2 milyona qədər insanın didərgin düşməsinə səbəb olduğunu deyib. Bu gün Konsepcion şəhəri ərazisində və Maule bölgəsində təhlükəsizlik qüvvələrinin oğurluqla məşqul olan onlarla insanı həbs etdiyi xəbər verilir.
Prezident Baçeletin zəlzələnin güclü dağıntılara məruz qoyduğu bölgəyə on min əsgəri qüvvə göndərdiyi və insanları pulsuz ərzaqla təmin etmələri üçün ticarət mərkəzləri ilə razılıq əldə etdiyi bildirilir. Bunlardan əlavə prezident zəlzələ bölgəsinə su, ərzaq və çadırlar da göndəriləcəyinə söz verib.