Accessibility links

RəcəbTayyip Ərdoğan: 'Heç kəs özünü qanundan yüksək tuta bilməz'


RəcəbTayyip Ərdoğan: 'Heç kəs özünü qanundan yüksək tuta bilməz'
RəcəbTayyip Ərdoğan: 'Heç kəs özünü qanundan yüksək tuta bilməz'
<!-- IMAGE -->

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan deyir ki, heç kəs özünü qanundan yüksək tuta bilməz. O bu sözləri 2003-cü il dövlət çevrilişinə cəhdi ilə əlaqədar daha 11 zabitin ittiham edilməsindən sonra bu gün qanunvericilərlə görüşü zamanı deyib.

Son şübhəlilər arasında iki admiral və ehtiyatda olan bir general var. Onlar məhkəmə müddətində həbsdə saxlanılacaqlar. Rəsmilərin indiyədək çevriliş cəhdi ilə bağlı 31 nəfəri həbs etməsi silahlı qüvvələlər və hökumət arasında gərginliyin artmasına gətirib çıxarıb.

Daha əvvəl məhkəmə üç yüksək rütbəli hərbi zabiti sorğu-sual etdikdən sonra sərbəst buraxmışdı. Prokurorlar deyib ki, onların dərhal həbs edilməməsinin səbəbi qaçmaq şanslarının az olmasıdır. Bu üç nəfər Hərbi Dəniz qüvvələrinin keçmiş komandiri Özdən Örnək, hərbi hava qüvvələrinin sabiq rəisi İbrahim Fırtına və hərbi qərargah rəisinin keçmiş müavini Ergin Sayqundur.

XS
SM
MD
LG