<!-- IMAGE -->Dünya Azərbaycanlıları Konqresinin daimi şurasının sədri Əjdər Tağızadənin sözlərinə görə, İran rejimi qorxur ki, millətlərin istəkləri Yaşıllar hərəkatını üstələyə bilər. O, İranda vəziyyətin sakitləşmədiyini, əksinə daha da pisləşdiyini bildirir. Əjdər Tağızadə ilə müsahibəni təqdim edirik.
Sual: İranda son günlərdə hökumətlə müxalifət qüvvələri arasında toqquşmalar qeydə alındı. Bu siyasi vəziyyəti necə qiymətləndirirsiniz?
Cavab: İnqilabın ildönümü idi, Hər iki tərəf – həm dövlət, həm də qanuni müxalifət bir-birinin gücünü yoxlamaq istəyirdi. Bəhmənin 22-dən sonra göründü ki, hələ də vəziyyət sakitləşməyib və hətta bəlkə də dərinləşibdir. Əslində burada problem Musəvi və Kərrubi ilə Xameneneyi və Əhmədinejad arasında olan münaqişə deyil. Ölkədə həm, iqtisadi, həm rejimin daxili böhran var, hətta Tehrandan kənarda Qum şəhərində onların problemləri var. Ancaq onların hamısını birləşdirən yeganə qorxu milli məsələdir. Millətlər bu məsələdən bəhrələnə bilər. Ancaq nə qədər bir-biri ilə güzşətli davransalar da, problemlər həllini tapmır. Rejim də bundan qorxur ki, millətlərin istəkləri Mir Hüseynin də, Xatəminin də, Kərrubinin də səbəb olduğu problemləri keçə bilər.
Sual: İranın xaricdə olan diaspor təşkilatları məsələn ərəblərin, bəlucların, qaşqayların, azərbaycanlıların və digər xalqların farsların, diaspor təşkilatlarının bu münaqişədəki mövqeyi necədir?
Cavab: Millətlər məsələsinə gəldikdə, onlar Yaşıllar hərəkatını dəstəkməklə, həm də ehtiyatlı davranırlar. Ancaq başlıca məsələ ondan ibarətdir ki, istər rejim, istərsə də onun daxili və xarici müxalifləri hələ də millətlərin varlığından və haqlarından danışmaqdan çəkinirlər. Misal üçün, Mir Hüseyn Musəvi baş nazir olub. Həmin dönəmdə Azərbaycan türklərinin dini rəhbər kimi gördükləri Ayətullah Seyid Kazım Şəriət Mədari təhqir olunub, əmmaməsi götürülüb. Bu yaşılların biri də bu hadisəni etiraf etmir. Hadisə Xomeyni dönəmində olub. Bütün xalqlar bu vəziyətdədir. Ancaq bu millətlərin xaricdə olan təmsilçiləri hər hansı yolla olursa olsun dil tapılmasına çalışırlar.
Sual: Xaricdəki diaspor təşkilatları ilə daxildəki insanların, milli çoxluqların fikirləri üst-üstə düşürmü? Məsələn Azərbaycan diaspor təşkilatları ilə İranda yaşayan azərbaycanlıların mövqeləri üst-üstə düşürmü?
Cavab: Təbrizi təmsil edən “Traxtor” futbol klubunun oyununda 50-70 min nəfər insan bir ağızdan “Can Azərbaycan” şüarı səsləndirir. Onlar siyasətlə məşğul olmur, onlar normal vətəndaşlardır. Xaricdəki də Can Azərbaycan deyir, milli haqlardan danışırlar. Əlbəttə, Azərbaycanın Təbrizdə, Ərdəbildə, Urmiyədə, Həmədanda, Qəzvində millətimiz basqı altındadır. Xaricdəkilər daha sərbəstdirlər. Ona görə də, xaricdəkilər milli haqlar barədə açıq danışa bilir. Misal üçün tanınmış fəallarımızdan doktor Zehrab və Cəngiz Bəxtəvər şübhəli şəkildə öldürüldü, bu son zamanlarda digər bir dostumuzu qətlə yetiriblər. Bəzi insanları aparıb gölə atırlar, bəziləri itkin düşüblər tapılmayıblar. Bütün diqqətlər Tehrandakı Yaşıllarla rejim arasındakı problemlərə yönəldilsə də, millətləri xüsusilə azərbaycanlıları sıxıntılara məruz qoyurlar, qəzetləri bağlayıb, insanları zindanları artırlar. Çoxlarının işi hələ də məhkəmədədir və həmişə olduğu kimi işgəncələr də davam edir.
Sual: İran rejimi xarici beynəlxalq təzyiqlərə, daxili təzyiqlərə nə qədər dözə bilər? Bu rejim, bu mübarizəyə davam gətirə bilərmi?
Cavab: Tehran rejimi zamanla ayaqlaşan bir rejim deyil. Çağdaşlığa, dünyəviçiliyə qarşı olan bir rejimdir. İranda yaşayan millətlərin böyük bir hissəsini gənclər təşkil edir. Bu gün də yumşaq texnika dünyasında rejim milyonlarla insanı səfərbər edib ki, insanların veb səhifələrini sıradan çıxarsın. Yəni çalışır ki, informasiyanın yayılmasının qarşısını alsın. Bunun da müasir dünyada baş verməsi asan deyil. Rejim çalışır ki, işgəncələrlə, irticaçılıqla xalqın hüquqlarını, toplum hüquqlarını, milli hüquqları əzsin və desin ki, mən dövləti belə yönəldəcəyəm. Bu gedişlə rejim çox tab gətirməyəcək. İnsanların çoxu inqilab olmasını istəmirlər. Onlar istəyirlər ki, hadisələr demokratik yolla cərəyan etsin. Bizim hərəkatımız milli, demokratik hərəkatdır. Zorakılığa, fanatizmə, terrorçuluğa qarşıdır.