Accessibility links

İndoneziyalı yaraqlı məhkəməyə çıxarılıb


İndoneziyalı yaraqlı məhkəməyə çıxarılıb
İndoneziyalı yaraqlı məhkəməyə çıxarılıb
<!-- IMAGE -->

İndoneziya paytaxtı Cakartada 7 nəfərin ölümü, 50 nəfərin yaralanması ilə nəticələnən 2 oteldə həyata keçirilmiş intiharçı hücumunda əli olmaqda ittiham olan indoneziyalı yaraqlı bu gün məhkəmə qarşısına çıxarılıb. Prokurorların bildirdiyinə görə, 25 yaşlı Məhəmməd Cibril Əbdülrəhman keçən ilin iyul ayında Cakartadakı Marriott və Ritz Karlton mehmanxanalarında həyata keçirilən hücumlar üçün maliyyə yığmağa çalışıb. İttihamnamədə deyilir ki, Cibril hücumun əsas təşkilatçısı Nurdin Topla görüşüb. Son 10 ildə Nurdin İndoneziyada bir çox partlayışların təşkilində iştirak edib. O, keçən il oteldə bomba partlayışında sonra polislə atışma nəticəsində ölmüşdü.

XS
SM
MD
LG