Accessibility links

21 Fevral Dünya Ana Dili Günüdür


21 Fevral Dünya Ana Dili Günüdür
21 Fevral Dünya Ana Dili Günüdür
<!-- IMAGE -->

İNSAFƏLİ HİDAYƏT

UNESCO dünyada Ana Dili Günü münasibətilə, bəyanat yayıb. Bəyanat dünya dövlətlərini özlərinin rəsmi və qeyri-rəsmi təhsil proqramlarında çətinlik qarşısında qalan dillərə yer verməyə onların aradan çıxmalarının qarşısını almağa çağırıb. Bəyanatda deyilir ki, dünyada 6000 dil var və üç nəsl ərzində, 200 dil aradan gedib. Dünya Ana Günü hər il Fevralın 21-də müxtəlif ölkələrdə və beynalxalq təşkilatlar tərəfindən qeyd edilir

UNESCO dillərin məhv olma prosesini müxtəlif dərəcələrə ayırıb. Təşkilat bildirir ki, 2279 dil yox olma təhlükəsi ilə üz üzədir. Bunlardan 200 dildə 10-dan az adam danışır. 178 dildə 10 ilə 50 adam arasında danışan var. Bəyanatda əlavə edilir ki, dünyadakı dillərin üçdə biri, yəni 2000 dil, Afrikada danışılır. Amma təxminlərə əsasən, gələn 100 ildə onların 10 faizi yəni 200-ü yox olacaq.

"National Geographic” dərgisi isə yazır ki, dünyada hər 14 gündə bir dil aradan gedir. Hər bir dilin itməsi insanların minlərlə illik bilik və məlumatlarının itməsi və insanlığın onlardan məhrum qalması deməkdir.

XS
SM
MD
LG